Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 07:28
Böyük Britaniya hökuməti dəyəri 1,6 milyard dollar olan superkopmpüter hazırlayacaq. Hazırlanacaq superkompüter hava proqnozunu daha dəqiq müəyyənləşdiirlməsinə imkan verəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes, energetika və sənayenin strategiyasə məsələləri üzrə nazirliyi məlumat yayıb. "Yeni texnologiyanın köməyi ilə vaxtında hava proqnozunu müəyyən edə biləcəyik. Bu iqlim dəyişikliklərinin baş verdiyi bir mərhələdə çox vacibdir"- nazirliyin meteoroloji xidmətinin icraçı drektoru Peni Endersbi deyib.
Yeni superkompüter 2022-ci ilədək hazır olacaq.
Mütəxəssislərin fikrincə, yeni superkompüter hazır olduqdan sonra tufanların, daşqınların vuracağı ziyanın həcmini azaltmaq mümkün olacaq.
Yeni kompüter Britaniya hökumətinin eyni zamanda qlobal istiləşməyə qarşı mübarizəsinin tərkib hissəsi hesab olunur. (ölkə.az)