Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib

İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib

Tarix: 19 Fevral 2020 08:22

İsrail raket hücumundan sonra Qəzza zolağına qarşı tətbiq olunan bir sıra təcili tədbirləri ləğv edib.

Trend-in "İnterfaksa" istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Müdafiə Nazirliyindən bildiriblər.

Bildirilir ki, bu barədə qərar "son günlər Qəzza bölgəsində müşahidə edilən sakitlik baxımından" qəbul edilib: "İsrail Qəzza sakinlərinə ölkəyə giriş üçün 2 min icazə verəcək və çərşənbə günü balıq ovu sahəsini 15 dəniz mili genişləndirəcək".

Xatırladaq ki, fevralın 15-i İsrail Hərbi Hava Qüvvələri raket hücumuna cavab olaraq Qəzza zolağında Həmasın mövqelərini bombalayıb.


Etiketlər:  İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ