Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klopp məğlubiyyəti necə şərh etdi?

Klopp məğlubiyyəti necə şərh etdi?

Tarix: 19 Fevral 2020 10:40

"Məğlub olduq, amma məyus deyiləm. Daha pis nəticələr görmüşəm. Hücumda bir az yaxşı oynamadıq. Ammam ümumən oyunumuzdan razı qaldım".

Qol.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis meydan sahiblərinin yaxşı müdafiə olunduğunu bilidirib: "Rəqib bütün gücü ilə müdafiə olundu. Stadionda möhtəşəm ab-hava yaradılmışdı.  Hakimlər belə atmosferdə işləmək üçün hazır olmalıdırlar. İkinci hissədə rəqibin 3-4 oyunçusu heç bir səbəb olmadan yerə yıxıldı. Ancaq hesab o qədər də qorxulu deyil. Hələ heç nə bitməyib, hər şey ola bilər. Vaxtımız var".

Klopp Maneni əvəzləməsinə də aydınlıq gətirib. Qeyd edib ki, ilk hissədə sarı vərəqə alan hücumçunun növbəti dəfə qayda pozuntusu edərək meydandan kənarlaşdırılmasından çəkinib.

Klopp baş hakimin ona sarı vərəqə göstərməsi haqda da danışıb və bunun düzgün qərar olmadığını vurğuayıb: "Hakimin qərarı sərt idi. Mən əminən ki, rəqibin qolundan əvvəl bizim lehimizə aut var idi. Ancaq bu, sakitləşməyə kifayət etmir. Hamımız insanıq və səhv edə bilərik".


 


Etiketlər:  Klopp məğlubiyyəti necə şərh etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ