Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 11:30
Futbol üzrə 2020-ci il Avropa çempionatının matçları Bakıya 2019-cu il Avropa Liqasının final matçından üç dəfə daha çox turist cəlb edəcək.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov "Avro 2020: KOB üçün perspektivlər" adlı tədbir zamanı deyib.
O bildirib ki, həmin turnir AFFA üçün böyük məsuliyyətdir, kiçik və orta biznes üçün qazanmaq və digər ölkələrin sahibkarları ilə əlaqələr yaratmaq üçün imkandır:
"Bakıda ötən il keçirilmiş Avropa Liqasının finalı 38 min xarici vətəndaşı cəlb etmişdi. Builki turnirin irimiqyaslılığı ilə əlaqədar bu göstərici 3 dəfə artacaq və bir ay ərzində sakinlər qonaqlar futbol bayramının şahidi olacaqlar. Sahibkarlar bu şansdan maksimum yararlanmalıdır".