Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 12:24
Məğlub olduq, amma məyus deyiləm. Daha pis nəticələr görmüşəm. Hücumda bir az yaxşı oynamadıq. Amma ümumən oyunumuzdan razı qaldım.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında səfərdə "Atletiko"ya uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis meydan sahiblərinin yaxşı müdafiə olunduğunu bildirib: "Rəqib bütün gücü ilə müdafiə olundu. Stadionda möhtəşəm ab-hava yaradılmışdı. Hakimlər belə atmosferdə işləmək üçün hazır olmalıdırlar. İkinci hissədə bilmirəm nədənsə rəqibin 3-4 oyunçusu heç bir səbəb olmadan yerə yıxıldı. Ancaq hesab o qədər də qorxulu deyil. Hələ heç nə bitməyib, hər şey ola bilər. Vaxtımız var".
Klopp Sadio Maneni əvəzləməsinə də aydınlıq gətirib. Qeyd edib ki, ilk hissədə sarı vərəqə alan hücumçunun növbəti dəfə qayda pozuntusu edərək meydandan kənarlaşdırılmasından çəkinib.
Klopp baş hakimin ona sarı vərəqə göstərməsi haqda da danışıb və bunun düzgün qərar olmadığını vurğulayıb: "Hakimin qərarı sərt idi. Mən əminən ki, rəqibin qolundan əvvəl bizim lehimizə aut var idi. Ancaq bu, sakitləşməyə kifayət etmir. Hamımız insanıq və səhv edə bilərik".