“Borussiya”nın futbolçusu Erlinq Holand Çempionlar Liqasının 1/8 finalının PSJ ilə matçında (2:0) sprinter sürəti nümayiş etdirib.
Qol.az xəbər verir ki, 19 yaşlı forvard əks-hücum zamanı 60 metr məsafəni 6.64 saniyəyəy qət edib. Bu göstəricidə dünya rekordu 6.34 saniyədir. Norveçli futbolçunun öz rekordu isə 6.55 saniyə olub.
Xatırladaq ki, 87 kq çəkiyə, 1 metr 94 sm boya malik olan Holand sözügedən oyunda dubl edib.