Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 17:44
Böyük Britaniyanın Dadli şəhər sakini fırıldağın qurbanı olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əri onun pulunu alaraq qaçıb.
Belə ki, 46 yaşlı Klar Alkantara internet vasitəsilə 34 yaşlı Dominikan Respublikasının vətəndaşı Franklin Alkantara ilə tanış olub.
Klar onu Böyük Britaniyaya gətirmək istəyib, lakin Miqrasiya İdarəsi buna etiraz edib.
Belə olduqda qadın Dominikana gedib. Onlar orada evlənib, ümumi hesab açıblar. Qadın Böyük Britaniyada mülkünü satıb, bu hesaba yatırıb. Bundan başqa, o, ərinə bahalı avtomobil alıb və onun atasına məxsus evi təmir edib.
Aralarında yaranan problemlərdən sonra Klar ikisinə məxsus olduğunu bildiyi hesabın yalnız Franklinin adına sənədləşdiyini öyrənib. Bir neçə gün sonra Franklin bir neçə günlüyə başqa bir şəhərə getməli olduğunu bildirib və qayıtmayıb.
İndi yad ölkədə pulsuz qalan Klar vətəninə qayıtmaq üçün çarə axtarır.