Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Poqba kuboklar qazanacağı kluba getmək istəyir"

Tarix: 19 Fevral 2020 20:34

Pol Poqba mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu barədə onun qardaşı Matyas Poqba açıqlama verib. O deyib ki, Pol Çempionlar Liqasında oynayacağı və kuboklar qazanacağı bir kluba keçmək niyyətindədi:

"Qardaşım növbəti mövsüm "Mançester Yunayted"də olmayacaq. O, Çempionlar Liqasında oynayacağı və titullar qazanacağı bir kluba getmək istəyir".

Poqbanın adı sabiq klubu "Yuventus" və Madrid "Real"ı ilə hallanır.

Milli.Az


Etiketlər:  Poqba kuboklar qazanacağı kluba getmək istəyir


RƏYLƏR