Tarix: 22 May 2019 18:08
"Real" Toni Krossdan sonra daha bir futbolçusu ilə müqavilə yeniləyib.Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi Naço Fernandesin sözləşməsinin müddəti 2022-ci ilə qədər uzadılıb. 29 yaşlı oyunçu "kral klubu"nun öz yetirməsidir.
Qeyd edək ki, Naço bu mövsüm "Real"ın heyətində 20 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.