Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 13:15
Bir müddət öncə ailə quran Aynişan qayınanası haqqında danışıb.
Sonxeber.net big.az-a istinadla xəbər verir ki, Aynişana İnstagram hesabında izləyicilərinin ünvanladığı "qayınananızla yaşayırsınız, yoxsa ayrı?" sualı ilə qarşılaşıb. O isə bu suala sərt reaksiya göstərərək açıqlama verib:
"Bu sualı o qədər insan yazıb...o qədər...Mənim anlamadığım bilirsiniz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər söhbət ailə içində yaşamaqdan gedirsə, o evdə qayınata, baldız, qayın da ola bilər...Niyə sadəcə qayınananı soruşursunuz? Niyə bu qədər önyarqılısınız? Niyə qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz? Kaş ki, qayınanam ilə yaşayardım... qızıl kimi insandır. Çox sevirəm, hədsiz çox. Sevdiyim insanı dünyaya gətirən varlıqdır. Necə sevməyim axı? Kaş ki, hər insan gəlinini onun qədər sevə!"