Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 19:50
Müğənni Səmra Rəhimli də son günlərin dodaqböyütdürmə trendinə qoşulub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, dodaqlarına gel vurduran ifaçı fotolarını sosial şəbəkədə bölüşüb. Onun böyümüş dodaqları izləyicilərinin diqqətindən yayınmayıb.
Sosial şəbəkə istifadəçiləri eyni zamanda Səmranın çox çəki itirməsini bəyənməyiblər. Onlar müğənninin ünvanına tənqidlər yazıblar.
Səmra isə "Niyə bu qədər arıqlamısan?", "Arıqlamaq və bu dodaqlar heç yaraşmır", "Niyə belə makiyaj etmisən ki?", "Heç yaraşmadı" kimi şərhləri cavabsız qoyub.