Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 01:32
ABŞ-ın kosmik şirkəti "SpaceX" pulsuz internetlə bağlı növbəti addımı atıb.
Sonxeber.net xəbər verir ki, şirkət kosmosa daha 60 peyk buraxıb. Məlumata görə, peyklər Kaliforniya ştatından 9 raket vasitəsiylə kosmosa daşınıb. Bununla da, şirkətin internetlə bağlı kosmosa buraxdığı peyklərin sayı 300-ə çatıb.
Qeyd edək ki, "SpaceX" şirkəti dünyada internetin olmadığı və ya zəif olduğu bölgələri internetlə təmin etmək üçün irimiqyaslı layihə həyata keçirir. Bəzi ərazilərdə internetin pulsuz olacağı planlaşdırılır. Bu məqsədlə kosmosa 12 min peykin göndərilməsi nəzərdə tutulur. (publika.az)