Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistan, Tacikistan və İran Buxara urialının nəsli kəsilməkdə olan heyvanlar siyahısına salınmasını təklif ediblər

Özbəkistan, Tacikistan və İran Buxara urialının nəsli kəsilməkdə olan heyvanlar siyahısına salınmasını təklif ediblər

Tarix: 21 Fevral 2020 07:50

Özbəkistan, Tacikistan və İran Buxara urialının (Buxara qoçu) nəsli kəsilməkdə olan heyvanlar siyahısına daxil edilməsi təklifi ilə BMT-yə müraciət ediblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu ay Hindistanda keçiriləcək ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda bu məsələ öz həllini tapacaq. Urialın nəsli kəsilməkdə olan heyvanlar sırasına daxil edilməsi bu heyvanları qorumaq üçün xüsusi proqramların həyata keçirilməsinə imkan verəcək.

Buxara urialına daha çox Özbəkistan-Tacikistan, İran-Türkiyə, Pakistan-Hindistan sərhədlərində rast gəlmək olur. Onlar daim yerlərini dəyişirlər.

BMT-nin məlumatına görə, keşmiş SSRİ dövründə Mərkəzi Asiya ölkələrində minlərlə urial olub.

Otlaqların azalması, insan faktoru, canavarların və başqa vəhşilərin onlara hücumu Buxara urialının nəslinin kəsilməsinə səbəb olur.


Etiketlər:  Özbəkistan Tacikistan İran Buxara urialının nəsli kəsilməkdə olan heyvanlar siyahısına salınmasını təklif ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ