Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 14:42
Çin martın sonuna qədər bütün ölkə ərazisində koronavirusa qalib gələcək.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, bu açıqlamanı Çin Xalq Respublikasının Rusiyadakı səfiri Can Xanxuey verib.
"Biz bu virus üzərində tam qələbə qazana bilərik. Hubey əyalətindən başqa, virus digər bölgələrdə fevralın sonunadək ram ediləcək. Virusun mərkəzində isə növbəti ay koronovirusu tamamilə aradan qaldırmaq mümkündür".
Səfir əlavə edib ki, bu günə qədər 18 min xəstə hospitaldan buraxılıb:
"Mərkəzi bölgədən başqa bir çox əyalət və bölgələrdə 10 gündən çoxdur ki, yeni infeksiyaya tutulma qeydə alınmayıb. Hubey əyalətində, xüsusən Uhan şəhərində isə koronavirusa yoluxanların sayı azalmaqdadır".