Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 09:10
Bu gün ARB TV-də yayımlanan "Ona qalsa" proqramında qonaq olan müğənni Aynur Dadaşova və aparıcı Nazilə Səfərlinin canlı yayımdakı qalmaqalı müzakirələrə səbəb olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aparıcının efirdə bəstəkar Ruslan Səfəroğlunun musiqisinə yazdığı sözlərə görə pul almaması mövzusu sosial şəbəkədə izləyicilər tərəfindən də tənqidlə qarşılanıb. Onlar Nazilənin canlı yayımda Aynurdan pul istəməsini qınayıblar.
Səfərli şəxsi səhifəsində ünvanına yazılan "efiri bazara çevirmisən" sözlərinə belə münasibət bildirib:
"Bu gün efirdə yaşanan gərgin adlandırdığınız anlara aydınlıq gətirmək istəyirəm. Ünvanıma nalayiq sözlər yazan hər kəs ona-buna pul atmaqla məşğul olanlardır. Hər zaman belə olub ki, pulu verəndə yaxşı adamsan, istəyəndə isə pis olursan. Öz pulumu istəmişəm. O pulu məndən təcili alıblar ki, Röyaya (Xalq artisti Röya Ayxan - red.) mahnını hazır təhvil verməliyik, yoxsa oxumayacaq. Məşhurlaşmağa təzə başlayanlar kimi mən də bəzi xərclər çəkmişəm bu yerlərə gələnə qədər. 8 il bundan əvvəl 1000 manat borc tapıb aranjimana pul vermişəm ki, mahnımı Röya oxusun. Mahnı hazır olandan sonra Ruslan dedi ki, "Röya studiyaya vaxt edib gələ bilmir". Bir sözlə oxumağa gəlmədi. İndi özümə maraqlıdır ki, görəsən heç Röyanın bundan xəbəri var? Mahnı 7 il yatdı. Bir gün Ruslan zəng etdi ki, "bəstəni Aynur Dadaşovaya 1500-ə verdim". Dedim bəs "Röya nə oldu?". Dedi, gəlmədi oxumağa. Ucuz satdım ki, sənin pulun batmasın. Pulu soruşanda isə cavab verdi ki, Aynur verməyib.
Keçən il Aynurla tədbirdə qarşılaşanda soruşdum. Dedi ki, pulsuz mahnı olar, çoxdan vermişəm. Ruslana zəng etdim, deyir ki, elə şey olmayıb.
İndi mən neyləmişəm ki, deyirsiniz efiri bazara çevirmişəm. Nə vaxtsa açılmalı idi də bu mövzu. Kimisə təhqir etməmişəm. Efirdə əxlaqsızlıq təbliğ olunmayıb, cinsi azlıqları şüuraltı reklam etməmişəm. Zərərli məlumatlar yaymamışam, naxələflik etməmişəm, ailələrə burun soxmamışam, sadəcə, pulumu istəmişəm. Aynura da təşəkkür edirəm ki, məsələyə aydınlıq gətirdi. İnşallah, Ruslan pulumu göndərər mən də lazım olan işlərimi həll edərəm. Hər iki insana hörmətim var. Qərəzim yoxdur".
Qeyd edək, Nazilə proqram zamanı Aynura yazdığı mahnının pulunu ödəməsini deyib. Bu isə qarşı tərəfin xoşuna gəlməyib, gərgin anlar yaşanıb.