Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 09:58
Hacıqabulda ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ olub.
Yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, ilk yeraltı təkanlar yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə 3,3 maqnitudada yeraltı təkanlar qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.