Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Zirə”yə qarşı

“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Zirə”yə qarşı

Tarix: 22 Fevral 2020 10:20

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura start veriləcək. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Tura Qəbələdə start veriləcək. "Qəbələ" doğma meydanda çempionluğa iddialı "Neftçi"dən xal almağa çalışacaq.

Günün digər oyunu isə iki paytaxt təmsilçisi "Keşlə" və "Zirə" arasında baş tutacaq.

Tura sabah keçiriləcək "Qarabağ" - "Sumqayıt" və "Sabah" - "Səbail" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
18-ci tur
22 fevral

"Qəbələ" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.

"Keşlə" - "Zirə"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov.
"ASK Arena", 17:00.

Milli.Az


Etiketlər:  Qəbələ Neftçiyə Keşlə Zirəyə qarşı


RƏYLƏR