Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Erasmus" proqramı "Brexit"dən sonra təhlükə altındadır

Tarix: 23 Fevral 2020 08:36

İngiltərə Avropa İttifaqından olan tələbələrin oxumaq üçün ən çox seçdikləri ölkələrdən biridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Brexit"dən sonra mübadilə əsasında ödənişsiz ingilis təhsili almağa imkan yaradan "Erazmus" proqramının ciddi şəkildə dəyişikliklərə uğrama təhlükəsi yaranıb.

Ölkə Aİ-dan çıxması ilə əlaqədar proqramı tərk edə bilər və bu hər il İngiltərəyə gələn 30.000 fransız tələbə üçün narahatçılıq yaradır.

Bir çoxları üçün "Erasmus" proqramı dünyanın ən yaxşı universitetlərində bilik əldə etmək üçün yeganə şansdır.

Proqramda müəllim mübadiləsi də nəzərdə tutulur və onlarda tələbələr kimi gələcəkləri üçün narahatdırlar. İngiltərə hakimiyyəti vəziyyətin ən az "Brexit"dən sonra keçid dövrünün sonuna qədər dəyişməyəcəyinə əmin edir.

Qeyd edək ki, xaricdə təhsil alan İngilis universitetlərinin tələbələrinin yarıdan çoxu "Erasmus" proqramı çərçivəsində mübadilə ilə digər ölkələrdə təhsil alırlar.

2017-ci ildə ingilis tələbələrin 16.5 mindən çoxu, İngiltərədə təhsil alan əcnəbilərin isə 33 mini proqramın iştirakçısı olublar.

Xatırladaq ki, "Erazmus" Avropanın İngiltərə də daxil olmaqla 33 ölkəsini əhatə edir və proqramdan hər il təxminən 300.000 tələbə yararlanır.

Avropa Komissiyası növbəti yeddi illik dövrdə (2021-2027) proqramın maliyyələşdirilməsini 30 milyard avroya qədər artırmağı təklif edir.

Milli.Az


Etiketlər:  Erasmus proqramı Brexitdən sonra təhlükə altındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ