Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

A seriyasının 3 oyunu təxirə salındı

A seriyasının 3 oyunu təxirə salındı

Tarix: 23 Fevral 2020 10:48

İtaliyanın baş naziri Cüzeppe Konte Lombardiya və Veneto regionları ərazilərində bütün idman tədbirlərinin ləğv olunduğunu açıqlayıb.

Qol.az xəbər verir ki, buna həmin regionlarda koronavirus xəstəliyinin yayılması səbəb olub. Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Yeni tarixlər hələ açıqlanmır.

Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının "Askoli" - "Kromeneze" görüşü də başqa vaxta keçirilib.

 


Etiketlər:  seriyasının oyunu təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ