Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb, 20 yaralı var - YENİLƏNİB - FOTO

Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb, 20 yaralı var - YENİLƏNİB - FOTO

Tarix: 23 Fevral 2020 15:34

15:32

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə  Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.

Yaralılardan 9-nun durumu ağırdır.

----------
14:54

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyənin Van vilayətində 20-dən çox insan yaralanıb, onlardan səkkizinin vəziyyəti ağırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, zəlzələdən sonra 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan səkkizinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Qeyd edək ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ zamanı 8 nəfərin həlak olduğunu və beş nəfərin yaralandığını, dağıntılar altındakı insanların qaldığını deyib.

----------
13:08

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 8 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Xilasetmə əməliyyatları davam edir. 

---------
12:33

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə Daxili İşlər naziri Süleyman Soyolu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfər dağıntılar altında qalaraq öldüyünü bildirib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

---------
12:13

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

Milli.Az bildirir ki, APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin Van rayonunda dağıntılar altında qalan 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

Milli.Az


Etiketlər:  Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb 20 yaralı var YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ