Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 14:30
Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən "Verder" - "Borussia Dortmund" oyunu qonaqların hücumçusu Erlinq Holand üçün əlamətdar olub.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, gənc hücumçu bu oyunda da fərqlənməklə, "Borussia"da vurduğu qolların sayını 9-a çatdırıb.
İsveçli hücumçu bununla Bundesliqada yeni rekord müəyyənləşdirib. Belə ki, o, Almaniya çempionatında keçirdiyi ilk altı oyunda azı 9 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. Holand "Borussia"ya qış fasiləsində qoşulub və yanvardan bəri yeni komandasında demək olar ki, meydana çıxdığı hər oyunda qol vurur.
Qeyd edək ki, "Verder" - "Borussia" matçı qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb.