Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 12:58
İtaliya A seriyasının 26-cı turunda keçiriləcək 6 matç ölkədə sürətlə yayılan koronavirus səbəbindən azarkeşsiz oynanılacaq.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İtaliya Gənclər və İdman naziri Vinçenzo Spadafora məlumat verib.
Beləliklə, "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL, "Sassuolo" - "Breşiya", "Sampdoriya" -"Verona" və "Yuventus - "İnter" görüşlərində azarkeşlər olmayacaq.