Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 16:04
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Türk Media Assosiasiyasının rəhbəri Əkrəm Kızıltaş deyib.
O qeyd edib ki, bilindiyi kimi, Türkiyə və Azərbaycan eyni millət, iki dövlətdir və hər zaman bu prinsipdən çıxış ediblər:
"Eyni zamanda qardaş Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyədir. Müstəqilliyi əldə etdikdən sonra Türkiyə və Azərbaycan münasibətləri ildən-ilə daha da inkişaf edib. Xüsusən də son illərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında olan münasibətlər dostluq münasibətlərindən çox qardaşlıq münasibətlərinə çevrilib".
Ə.Kızıltaş Azərbaycan və Türkiyə arasında olan iqtisadi, siyasi, mədəni və digər sahələrdə olan əməkdaşlığın genişləndirilməsi üçün bugünkü ziyarətin də çox böyük önəm kəsb etdiyini bildirib:
"Türkiyə və Azərbaycan arasındakı münasibətlər başqa ölkələrə örnək olacaq bir müstəbidədir".
Assosiasiya rəhbəri qeyd edib ki, Türkiyə və Azərbaycan hər iki ölkə üçün önəmli olan məsələlərdə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.