Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 21:52
Yunanıstanın Lesbos və Xios adalarında polislə etirazçılar arasında münaqişələr səngimir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, etirazçılar adalarda miqrantlar üçün qapalı tipli düşərgələrin inşa edilməsinə sərt şəkildə qarşı çıxırlar. Lesbos adasında baş verənləri "partizan müharibəsi" də adlandırırlar.
Adaların hökumət nümayəndələri düşərgələrin məhz sakinlərin təhlükəsizliyi, koronavirusa yoxluxmamaları üçün inşa olunduğunu bəyan etsələr də, yerli sakinlər buna kəskin reaksiya verir, bəzi yerlərdə polisə qarşı zorakılıq edirlər. Artıq adalara xüsusi təyinatlı polis dəstələri göndərilib.
Qeyd edək ki, ötən gün sözügedən adalarda polislə yerli sakinlər arasında qarşıdurma yaşandığı barədə məlumat vermişdik.