Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sony şirkəti Xperia 1 II adlı flaqman smartfonunu təqdim etdi

Sony şirkəti Xperia 1 II adlı flaqman smartfonunu təqdim etdi

Tarix: 27 Fevral 2020 08:28

MWC 2020 sərgisinin ləğv edilməsinə baxmayaraq Sony şirkəti öz yeni flaqman smartfon modelini təqdim etdi. Söhbət, Xperia 1 II-dən gedir. Lakin rəsmi şəkildə sözgüedən smartfon Xperia Mark 2 kimi tələffüz edilir. Bu ad isə smartfona təsadüfən verilməyib. Belə ki, şirkətin verdiyi məlumata əsasən onun 12 MP-lik kamerası Sony Alpha kamerası ilə ortaq özəlliklərə sahibdir. Xperia Mark 2 smartfon modelinin özəllikləri arasında həmçinin 4K keyfiyyətində olan ekran, 5G modemi və naqilsiz şarj texnologiyası var. Bu barədə The Verge saytı xəbər verib.

    Beləliklə Xperia 1 II smartfonu 4K keyfiyyətli 6.5 düym OLED ekrana sahibdir. Maraqlısı ondadır ki, smartfonun ekranı animasiyanın bulanıqlığının aşağı salınması texnologiyasını dəstəkləyir. Şirkət qeyd edib ki, bu texnologiyanın istifadəsi öz növbəsində animasiyanın keyfiyyətini 90 Hz-lik təsvir yenilənməsinə sahib ekranlardakı animasiya keyfiyyətinin səviyyəsinə yaxın edir. Smartfon həmçinin Snapdragon 865 prosessoru, Snapdragon X55 5G modemi, Adreno 650 qrafik sürətləndirici, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 21 vatt gücündə şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya və 15 vatt gücündə naqilsiz şarj texnologiyası ilə təchiz olunub.

    Smartfon Andorid 10 əməliyyat sistemi vasitəsilə çalışır. Kameralara gəldikdə, smartfon üçlü arxa kameraya sahibdir: 12 MP (f/2.2 diafraqmalı genişbucaqlı linzalar) + 12 MP (f/1.7 diafraqmalı, iki fazalı avtofokus sistemli və 24 mm-lik fokus məsafəli) + 12 MP (f/2.4 diafraqmalı, 70 mm-lik fokus məsafəli və 2 qat zoom özəllikli). Bütün kameralar Zeiss linzaları ilə təchiz olunublar. Arxa paneldə əsas kameralara əlavə olaraq ToF modul da əlavə olunub. Bununla yanaşı smartfon 8 MP-lik ön kameraya da sahibdir.

    Sony mühəndisləri öz əsas diqqətlərini avtofokus və müşahidə funksiyalarını yerinə yetirən xüsusi alqoritmə ayırıblar. Həmin alqoritm kameraya düşən obyektlər barəsində məlumatları sürətli şəkildə əldə edir. Xperia 1 II kamerasının əsas üstünlüyü ondan ibarətdir ki, o hal hazırda dünyada yeganə kamera moduludur ki, saniyədə avtofokuslu və avtoekspozisiyalı 2 kadr çəkə bilir. Qeyd etmək lazımdır ki, şirkət sözügedən smartfonu Sony Alpha kamerasının mobil analoqu kimi təqdim edir. Xperia 1 II smartfonu saniyədə 60 fps sürətlə 4K keyfiyyətli və saniyədə 120 fps sürətlə isə 2K videolar çəkə bilir. Smartfon yaz fəslinin sonunda Avropa bazarında satışa çıxacaq. Onun qiyməti barəsində Sony bir məlumat verməyib.

Milli.Az


Etiketlər:  Sony şirkəti Xperia 1 II adlı flaqman smartfonunu təqdim etdi


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ