Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

Tarix: 27 Fevral 2020 11:48

“Nokia” şirkəti növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxmaq niyyətindədir. Bu barədə Finlandiyanın “SuomiMobiili” portalının məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, nəşr Çinin Telekommunikasiya Avadanlıqlarının Sertifikasiyası Agentliyinin (TENAA) saytında dərc edilən “Nokia 5310” telefonuna bənzər qurğuya diqqət yetirib. Təsvirə görə, telefon fevralın 15-də sertifikatlaşdırılıb. Jurnalistlərin fikrincə, bazada “TA-1212” adı ilə qeydiyyata alınan qurğu 2007-ci ildə buraxılan məşhur telefonun yenilənmiş versiyasıdır.

 

Bildirilir ki, yenilənmiş “Nokia 5310” telefonu 240х320 piksel təsvir ölçülü 2,4 düymlük ekran, 8 meqabaytlıq operativ yaddaş və 16 meqabaytlıq quraşdırılmış yaddaş, SİM kart üçün iki çıxış, 1200 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək. Telefonun arxa panelində 0,3 meqapikselli tək kamera yerləşir. Orijinal model kimi qurğu “T9” dəstəkli düyməli klaviaturaya malik olacaq. Telefonun buraxılış tarixi barədə məlumat verilmir.

 

Qeyd edək ki, “XpressMusic” telefonlar seriyasına daxil olan orijinal “Nokia 5310” telefonu 2007-ci ilin sonunda buraxılıb. Qurğu səsin keyfiyyətini yaxşılaşdıran çip, 2 meqapikselli kamera və pleyerin idarə olunması üçün xüsusi düyməyə malik olub.

 

Nizam Nuriyev




Etiketlər:  Nokia növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ