Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 12:14
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, səfir bildirib ki, toplantı çox faydalı oldu: "Bilirsiniz ki, cənab Prezident Rəcəb Tayyip Ərdoğan Azərbaycana Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı çərçivəsində səfər etdi. Bu toplantıda keçmişi dəyərləndirərək gələcəkdə hansı işlərin görülməli olduğu müzakirə edildi. Bu ilki toplantı da çox faydalı oldu. Toplantı çərçivəsində 14 sənəd imzalandı və əlaqələrimizin hırtərəfli inkişafı üçün bundan sonra görülməsi zəruri olan işləri müzakirə edildi.
Biz Türkiyə olaraq bu toplantını çox yüksək dəyərləndirik və Azərbaycanın da eyni mövqeyə sahib olduğunu düşünürük".