Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2019 18:12
Portuqaliya seçməsinin UEFA Millətllər Liqasının final mərhələsi üçün heyəti açıqlanıb.
Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Fernandu Santuş 23 futbolçuya dəvət göndərib. Onların arasında "Yuventus"un hücumçusu Kriştianu Ronaldo da var.
Qapıçılar: Beto ("Göztəpə"), Joze Sa ("Olimpiakos"), Ruy Patrisiu ("Vulverhempton")
Müdafiəçilər: Joau Kanselu ("Yuventus"), Nelson Semedu ("Barselona"), Joze Fonte ("Lill"), Pepe ("Portu"), Ruben Diaş ("Benfika"), Mariu Ruy ("Napoli"), Rafael Qerreyro ("Borussiya", Dortmund)
Yarımmüdafiəçilər: Danilo Pereyra ("Portu"), Ruben Neveş ("Vulverhempton"), Vilyam Karvalyu ("Betis"), Brunu Fernandeş ("Sportinq"), Joau Moutinyo ("Vulverhempton"), Pitsi ("Benfika"), Bernardu Silva ("Mançester Siti")
Hücumçular: Kriştianu Ronaldo ("Yuventus"), Qonsalo Qedeş ("Valensiya"), Rafa Silva ("Benfika"), Dioqu Jota ("Vulverhempton"), Dieqo Souza ("Braqa"), Joau Feliks ("Benfika")
Qeyd edək ki, A liqasının qrup qaliblərinin qatıldığı "Dördlər finalı"nın yarımfinalında Portuqaliya - İsveçrə və Hollandiya - İngiltərə cütləri mübarizə aparacaqlar. Oyunlar müvafiq olaraq, iyunun 5 və 6-da keçiriləcək. Portuqaliyada təşkil olnacaq turnirdə 3-cülük və final matçları isə iyunun 9-da olacaq.