Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''dan Türkiyə millisinin üzvünə təklif

''Yuventus''dan Türkiyə millisinin üzvünə təklif

Tarix: 23 May 2019 19:20

Alanyaspor”un futbolçusu Merih Demirəl “Yuventus”a keçə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, Turin klubunun idman direktoru  Fabio Paratiki 21 yaşlı müdafiəçinin transferi üçün “Alanyaspor” rəhbərliyi  ilə görüşüb.
 
“Ağ-qaralar”ın Türkiyə millisinin üzvü  üçün 15 milyon avro ödəməyə hazır olduğu deyilsə də, onun “Torino” ilə 5 illik müqavilə bağlayacağı haqda xəbərlər də yayılıb.

Qeyd edək ki, Merih Demirəl hazırda icarə əsasında “Sassuolo”nun formasını geyinir  və bu mövsüm 13 qarşılaşmaya çıxaraq 2 qol vurub.
 


Etiketlər:  Yuventusdan Türkiyə millisinin üzvünə təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ