Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 09:48
Antalyada iki tanışı ilə qayalıqlara çıxan 25 yaşlı gənc qız tarazlığını itirərək 10 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Sonxeber.net DHA-ya istinadən xəbər verir ki, "Tualetə gedirəm" deyərək tanışlarının yanından ayrılan 25 yaşlı Berna Y. faciəvi şəkildə can verib.
Bernanın yıxıldığını görən oğlan dostları H.D. ve C.M. 112 Təcili Yardım Xidmətinə zəng edərək kömək istəyiblər.
Berna Y. xilasediclər tərəfindən yıxıldığı yerdən çıxarılarkən öldüyü məlum olub. Berna Y. ilə tanışları H.D. ve C.M.-nin spirtli içki içdikləri deyilir. Polis, H.D. ilə C.M.-ni saxlayıb.
Məhəmməd Vaqif