Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 17:22
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Bu barədə Trend quruma istinadən məlumat verir.
Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının (055) 499 61 11 nömrəli qaynar xətti fəaliyyətə başlayıb.