Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda beş deputat koronavirusa yoluxub

İranda beş deputat koronavirusa yoluxub

Tarix: 29 Fevral 2020 18:00

İran parlamentinin beş deputatı koronavirusa yoluxub.

Sonxeber.net bildirir ki, bunu Trend-ə İran parlamenti rəyasət heyətinin nümayəndəsi Əsədulla Abbasi deyib.

O, bu gün vəfat etmiş deputatın bu virusdan öldüyünü təsdiq edib.

Ə.Abbasi bildirib ki, parlament koronavirusla bağlı vəziyyəti öyrənmək üçün qrup yaradıb. Bu vəziyyət Koronavirusla mübarizə Milli Komitəsi ilə müzakirə olunacaq.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 43 nəfər dünyasını dəyişib, 593 nəfər bu virusa yoluxub.


Etiketlər:  İranda beş deputat koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ