Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 09:54
Bakı. Elçin Mehdiyev - Trend:
2019-cu ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 637,0 milyon manatlıq xidmət göstərib.
Trend-in məlumatına görə, göstərilən xidmətin 71,7 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 42,8 faizi və ya 272,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin