Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp ''Taliban''la imzalanan razılaşmanı şərh edib

Tramp ''Taliban''la imzalanan razılaşmanı şərh edib

Tarix: 1 Mart 2020 08:12

ABŞ ölkənin ən uzun müddətli müharibəsinə son qoymaq və əsgərləri evə qaytarmaq üzərində işləyir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp "Taliban"la razılaşmanın imzalanmasından sonra deyib.

D.Tramp bildirib: "Biz nəhayət Amerikanın ən uzun müddətli müharibəsinə son qoymaq və qoşunlarımızı evə qaytarmaq üzərində işləyirik".

Xatırladaq ki, ötən gün ABŞ və "Taliban" hərəkatı arasında sülh razılaşması imzalanıb. Razılaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" hərəkatının liderinin müavini, hərəkatın Qətərdəki siyasi ofisinin rəhbəri molla Abdulla Qani Baradar imzalayıblar. Sülh razılaşmasının imzalanması mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

Milli.Az


Etiketlər:  Tramp Talibanla imzalanan razılaşmanı şərh edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ