Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 09:00
Fransa prezidenti Emmanuel Makron Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ilə telefon danışıqları zamanı Suriyada atəşkəs barədə razılığa gəlməyə çağırıb.
Trend-in "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının məlumatında deyilir.
Məlumatda bildirilir: "Prezident hərbi əməliyyatların dərhal dayandırılmasının zəruriliyini vurğulayıb və Türkiyə və Rusiyanı 2018-ci ildən İstanbulda dördtərəfli zirvə görüşündə əldə edilmiş razılaşmalara uyğun olaraq uzunmüddətli və yoxlanılan atəşkəs rejiminin təyin edilməsinə çağırıb".
E.Makron həmçinin Suriyada Türkiyə əsgələrinin ölümü ilə bağlı həmrəyliyini ifadə edib. Bundan əlavə, Fransa prezidenti Türkiyəni miqrantlar məsələsində Avropa İttifaqı ilə əməkdaşlıq etməyə çağırıb.