Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 14:25
Müğənni Natavan Həbibi və reper əri Səid Əliyev (Dado) küsülüdür.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda Natavan "Zaurla Günaydın" verilişində deyib.
O bildirib ki, artıq 3 həftədir əri ilə danışmırlar:
"İndi onunla danışmırıq. Evdə olanda Zeydə o da baxır".
Ekranda Dadonun görüntüləri göstəriləndə isə Həbibi "Kimdir o? Tanımıram" deyərək, gülməyə başlayıb.
Aparıcı Günay Baxşəliyeva "Çox mədəni oğlandır. Küsülü olduğunuzu bilirdim. Bu gün onunla barış. Səninlə barışmaq istəyir" sözlərini söyləyib.
"Üç həftədir danışmırıq. 3 il keçib ailə həyatımızdan. Hələ də bizim evlənməyimizə inanmayanlar var. Niyə barışım onla? Səid, necəsən?" - Natavan cavab verib.