Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN ABŞ vətəndaşının adını ''arzuolunmaz şəxslər'' siyahısından çıxarıb

XİN ABŞ vətəndaşının adını ''arzuolunmaz şəxslər'' siyahısından çıxarıb

Tarix: 24 May 2019 11:45

Bakı. Trend:

ABŞ vətəndaşı Robert Qiş Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Robert Qiş müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib. Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  XİN ABŞ vətəndaşının adını arzuolunmaz şəxslər siyahısından çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ