Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Texnologiya şirkətləri işçilərinə nə qədər maaş verir

Texnologiya şirkətləri işçilərinə nə qədər maaş verir

Tarix: 3 Mart 2020 08:48

Son illərdə ən dəyərli şirkətlər siyahısının başında görməyə vərdiş etdiyimiz texnologiya nəhəngləri, işçilərinə ən yüksək maaş verən şirkətlər siyahısının da başında dururlar. "Wired" Silikon Vadisinin texnoloji şirkətlərinin işçilərinə ödədikləri ortalama maaşları hesablayıb.

Həmin rəqəmləri təqdim edirik.

Amazon

Onlayn alış-veriş platforması olan Amazonun işçilərinə ödədiyi illik ortalama maaş 28 min 836 dollardır (49021.20 AZN)

İBM

Bir müddət kompüter sənayesində inhisar edən IBM-in orta illik əmək haqqısı 55 min dollar (93500 AZN) idi.

Tesla

Son günlər ən qiymətli avtomobil şirkəti olan Tesla tərəfindən ödənilən orta əmək haqqı 56 min 163 dollardır (95477.10 AZN).

Intel

Eyni hesabata görə, Intel 2018-ci ildə orta hesabla 106 min 900 dollar (181730.00 AZN) maaş ödəyib.

Twitter

Mikro blog platformasının işçilərinə ödədiyi orta illik dəyəri 172 min 703 dollardır (293595.10 AZN).

Feysbuk

İnstaqram və WhatsApp kimi platformaları da əhatə edən Feysbuk üçün bu rəqəm 228 min 651 dollardır (388706.70 AZN).

Alphabet

İnternet nəhəngi Google da daxil olan Alphabet-in ödədiyi orta illik əmək haqqı 246 min 804 (419566.80 AZN) dollardır.

Milli.Az


Etiketlər:  Texnologiya şirkətləri işçilərinə qədər maaş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ