Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 09:00
Avropa Komissiyasının əməkdaşlarına işgüzar yazışmaları yalnız "Signal" messencerində aparmaq tövsiyə edilib. Qurumun rəhbərləri bu tədbirin onların kommunikasiya təhlükəsizliyini artıracağına əmindirlər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Avropa Komissiyası öz əməkdaşlarından digər messencerlərdən imtina edərək "Signal" proqramından istifadə etməyi tələb edib.
"Sözügedən messencer "WhatsApp" və "iMessage"ə oxşardır, amma çox innovativ şifrləmə protokoluna malikdir - Lyoven Universitetinin kriptoqrafiya mütəxəssisi Bart Priniel deyib.
"Politico" nəşrinin müəllifləri əmindirlər ki, bu dəyişikliklər Avropa Komissiyasının diplomatlarının və rəsmi şəxslərinin işinə təsir etmiş səs-küy yaratmış hadisələrlə bağlıdır.
"Signal" messenceri 2013-cü ildə şəxsi həyatın toxunulmazlığı hərəkatının aktivistləri tərəfindən hazırlanıb.