Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 09:48
İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton"un U-23 komandası 18-ci turda səfərdə "Tottenhem"li həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2.
Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə fərqi minumuma endirib.
"Vulverhempton" bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.