Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçuya sərt cəza

Məşhur futbolçuya sərt cəza

Tarix: 3 Mart 2020 12:48

İngiltərə Futbol Federasiyası bu gün "Trabzonspor"dan ayrılan Daniel Staricə növbəti cəza tətbiq edib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, buna onun mərc qaydalarını pozması səbəb olub. Belə ki, 30 yaşlı hücumçu 2018-ci ilin yanvar ayında mümkün transferi ilə bağlı qardaşı Leona bildirib. O, qardaşına "Sevilya"ya gedəcəyi ilə bağlı mərc şirkətində pul qoymağını istəyib.

Baş verənlərə görə qurum ötən ilin yayında Starici 4-ü şərti olmaqla, 6 həftəlik futboldan kənarlaşdırmışdı.

Təşkilatın apellyasiya komitəsi qərarı yenidən nəzərdən keçirib və iki qayda pozuntusunu sübut edərək cəzanı sərtləşdirib. Yeni qərara əsasən, Staric 2020-ci ilin iyunun 17-ə kimi futboldan kənarlaşdırılıb. Bundan başqa, ingilis oyunçu 150 min funt sterlinq məbləğində cərimələnib.


Etiketlər:  Məşhur futbolçuya sərt cəza


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ