Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 14:40
Yeni koronavirusun tüğyan etdiyi ölkələrdən olan İrandan növbəti pis xəbər gəlib.
Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, qonşu ölkənin 23 millət vəkilində koronavirus aşkar edilib.
Bu barədə İran parlamentinin vitse-prezidenti Əbdürrza Misri məlumat verib.
Qeyd edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi ötәn gün (2 mart) son rәsmi statistikasında İranda 1501 nәfәrin yeni koronavirusa yoluxduğunu, 66 nәfәrin öldüyünü vә 291 nәfәrin sağaldığını tәsdiqlәyib.
Məhəmməd Vaqif