Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 12:58
İsveçrə Futbol Federasiyası ölkədə yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar futbol yarışlarının dayandırılması barədə qərar qəbul edib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Qərara əsasən, Super Liqa da daxil olmaqla, bütün futbol turnirlərində oyunlar martın 23-nə qədər təxirə salınıb.
Rəsmi açıqlamada o da qeyd olunub ki, hökumətin verəcəyi qərarlardan asılı olaraq, bu müddət artırıla da bilər.
Qeyd edək ki, İsveçrədə koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirlər ləğv olunub.