Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 17:10
Müğənni Xatirə İslam "Xəzər" TV-də yayımlanan "5/5" verilişində qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, proqram zamanı sənətçiyə "Bəxtəvərsən" deyə sual ünvanlanıb.
O, bu sözdən əsəbiləşdiyini dilə gətirib:
"Bəxtəvər deyiləm. O sözü heç sevmirəm. Hər bölgənin özünün inancları var. Mən qarabağlıyam, biz tərəfdə o sözü demək, insana söyüş söymək kimidir. İnsanın üzünə qarşı sənət dostun"Mən sənin kimi ərli bəxtəvər deyiləm" deyirsə, xoşuma gəlmir. Sözüdeyən adam bütün enerjimi alır. Hətta həmin gün evimdə problemlər yaşanır, boşanmaya qədər gedir çıxır. Elə sözləri demək lazım deyil. O sözə görə qıcıqlanıram. Kimin nəyi var, nəyi yox, Allahın məsləhəti ilədir".