Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 18:34
Türkiyə millisinin daha bir futbolçusu zədələnib.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın müdafiəçisi Ozan Kabak sıradan çıxıb. Almaniya Bundesliqanın 24-cü turunda "Köln"lə matçın 29-cu dəqiqəsində zədələnən "Şalke"nin futbolçusunun təqribən 9 - 12 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Onun Avro-2020-yə kimi hazır olmasına çalışılacağı vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə millisinin heyətində Merih Demiral, Yusuf Yazıcı və Cenk Tosun uzunmüddətlik zədələnib.