Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 18:50
"Norviç"in qapıçısı Tim Krulun İngiltərə kubokunun 1/8 finalında "Tottenhem"lə matçda şparqalkadan istifadə etdiyi məlum olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, görüşün qəhramanının penaltilər seriyasında şparqalka sayəsində penaltiləri qaytarıb. Belə ki, 31 yaşlı qolkiper Troy Parrott və Jedson Fernandeşin zərbələrindən əvvəl şüşə butulkadan su içib. Sonradan məlum olub ki, həmin butulkanın üzərində "Tottenhem"in futbolçularının penaltini hansı künclərə vuracağı yazılıb.
Qeyd edəki ki, "Norviç" əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 3:2 qalib gələrək növbəti mərhələyə yüksəlib.