Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Deyirlər ki, Mehriban Zəki qaraqabaqdır, heç kimi saymır”

“Deyirlər ki, Mehriban Zəki qaraqabaqdır, heç kimi saymır”

Tarix: 5 Mart 2020 19:15

"Qeyri-səmimi insanları tez hiss edirəm. Görünür ki, bu adam oynayır. Gəncliyimdən bu yana onları filterləyirəm".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Dikdaban" proqramında Xalq artisti Mehriban Zəki söyləyib.

Sənətçi onu narahat edən məqamlardan söz açıb:

"Görürəm ki, ünsiyyətim baş tutmayacaq. Əvvəlcədən səddlərimi çəkirəm, müəyyən yerədək bu səddi keçməsinə icazə vermirəm. Çox nadir insanları qəlbimə buraxıram. Ürəyimə girən insanlar da nadir hallarda ürəyimdən çıxır. O insanı itirmək də iç dünyası üçün fəlakətlərə, faciələrə səbəb olur. Deyirlər ki, Mehriban qaraqabaqdır, heç kəsi saymır. Əslində, üzüm çox vaxt gülür. Zahirən sakit və təmkinli olmaq o demək deyil ki, bu insan emosiyasızdır.

Çox emosional adamam. Sadəcə olaraq bir şey var: Əgər bədii əsərlərlə tamaşaçı qarşısına çıxırsansa, deməli, bir fikrin, mesajın var. Hansısa fikri ötürmək istəyirsən. Ən incə mətləbləri, ən dərin fikirləri qışqıraraqmı söyləyirsən, yoxsa pıçıldayaraq? Hansı daha təsirli olacaq? Səhnədə, ekranda aktyorluq deyilən anlayışları çılğınlıqla, pafosla, haray-həşir və qalmaqalla səhv salırlar. Bu, məni narahat edir. Kimsə çılğındırsa, ona "səndən yaxşı aktyor olar" deyirlər. Aktyorluq çox çətindir. Dırnaq arasına saldıqca "artist" sözünün mənası da dəyişib".

Qeyd edək ki, M.Zəki 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. İndiyədək bir çox filmlərdə və tamaşalarda müxtəlif obrazları canlandıran sənətçi 1998-ci ildə "Əməkdar artist", 2018-ci ildə isə "Xalq artisti" fəxri adına layiq görülüb.


Etiketlər:  Deyirlər Mehriban Zəki qaraqabaqdır heç kimi saymır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ