Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yolunu azma, mənim hərtərəfli gücüm çatar ona hər şey edim'' - Elzaya SİLLƏ KİMİ CAVAB - FOTO

''Yolunu azma, mənim hərtərəfli gücüm çatar ona hər şey edim'' - Elzaya SİLLƏ KİMİ CAVAB - FOTO

Tarix: 6 Mart 2020 12:30

"Qəşəng mahnılar bəstələyir, qəşəng fortopiano ifa edir. Ürəyindən gələni köçürdür barmaqlarına xalqa ötürür. Onun dilinə elə şeylər nətəri gəlir? Mən onun bu sözlərini eşidəndə zəng elədim Elza xanıma. Mən hər zaman böyüyün böyük, kiçiyin kiçik yerin bilmişəm. O həddə qədər ki, hər iki tərəf yolunu azmasın. Mənim hərtərəfli gücüm çatar hər şey edim, amma bu efir güləş meydançası deyil, dava yeri deyil. Mən bura dava eləməyə çıxmıram ki. İdmançıyam mən? Biz xanımıq, iki bayram məndən böyükdür. İki-üç gün qabaq müraciət eləmişəm ki, "Nə olub, nə haqq-hesabdır?" Dedi ki, "Vay, mən sənlə danışıram, bacım ağlıyır. Bacım deyir ki, "Mən istəyərəm Mətanəti cüt görüm, övladı olsun"". Ailə də olacaq, övlad da olacaq. Təklik Allaha məxsusdur. Allah bacının ürəyinə görə versin. Tolikin verilişində nə demisən de bilim. Gələn zənglərə cavab verə bilmirəm mən". Dedi ki, "Mən heç nə deməmişəm. Mən demişəm ki, "Mətanət çox gözəl sənətkardır. Xasiyyəti belə də...". Sual verdim ki, "Məni oğluna alacaqsan? Evinə gəlin gələcəm? Xasiyyətim pis olaraq hörmətsizlik eləmişəm mən sənə? Qarşını kəsmişəm? Bəlkə səni təhqir eləmişəm? Yaxşı oxuyan, yaxşı insan Mətanəti gözəl tanıyır. Mətanət nə kobud deyil, nə tərbiyəsiz deyil, nə də tərbiyəsiz ailədən çıxmayıb". Qayıtdı ki, mənim konsertim olacaq, istəyirəm ki, mahnımı verim oxuyasan orada".

Milli.Az xəbər verir ki, bunu "Hər şey daxil"də Mətanət Əsədova günlər öncə "Tarix ilə səmimi" verilişində barəsində "Gənclərin zövqünü korlayan Manaflar, Mətanətlər var" ifadəsini işlədən əməkdar artist Elza Seyidcahanla bağlı danışarkən deyib. 

Mətanət əməkdar artistə efirdən xəbərdarlıq edib:

""Mətanətkimilər" dedikdə sən Mətanəti balaca fiqur bilirsən? Mətanət sənə uşaq deyil. Bu gün bizə Azərbaycanın dünya şöhrətli incəsənət xadimləri baxır, ailəm, qardaşım, ustadım, toylarını oxuduğum insanlar bizə baxır. Kənardan deməzlər ki, Ay Mətanət, sənət, səviyyə... Bəs bu, nə hərəkətdir?" Mən onların hamısına gözümü yumuram. Amma mən heç kimə icazə vermirəm ki, həddini aşsın, başından böyük danışıb hərəkət eləsin. Mənlə heç kim belə eləyə bilməz. Ailə tərbiyəmi gözümün qabağına gətirib mən onunla efirdən kənarda söhbətimi edərəm. Efir mədəniyyətdi, efirdə müğənni səsini göstərməlidir".

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Yolunu azma mənim hərtərəfli gücüm çatar hər şey edim Elzaya SİLLƏ KİMİ CAVAB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ