Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbib Fergüsonun çempionluq kəmərinə təpik vurdu – Video

Həbib Fergüsonun çempionluq kəmərinə təpik vurdu – Video

Tarix: 7 Mart 2020 10:36

Les-Veqasda UFC çempionu Həbib Nurmaqamedovla sabiq çempion Toni Fergüsonun döyüşü ilə əlaqədar mətbuat konfransı keçirilib.

Qol.az xəbər verir ki, mətbuat konfransından sonra idmançılar arasında ənənəvi olaraq baxış dueli təşkil edilib. Bu zaman hər iki döyüşçü arasında gərginlik yaşanıb. Bundan sonra Fergusson 2017-ci ildə qazandığı UFC kəmərini döşəməyə qoyub və Həbibə nəsə deməyə başlayıb.

Dağıstanlı idmançı bu zaman kəmərə təpiklə vurub. Zərbə o qədər güclü olub ki, kəmər bir neçə metr uçub. Bu zaman mühafizəçilər dava olmaması üçün Fergüsonu tutublar.

Qeyd edək ki, Həbib – Fergüson döyüşü bu gecə Bakı vaxtı ilə saat 02.00-da başlanacaq.


 


Etiketlər:  Həbib Fergüsonun çempionluq kəmərinə təpik vurdu Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ