Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Canon” akkumulyatora malik “Pixma” mobil printerini təqdim edib

“Canon” akkumulyatora malik “Pixma” mobil printerini təqdim edib

Tarix: 10 Mart 2020 08:44

"Canon" şirkəti tərəfindən təqdim edilmiş yığcam "Pixma TR150" printerinin əsas özəlliyi akkumulyator vasitəsilə işləməsidir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni printer istifadəçiyə mürəkkəbin cari səviyyəsi və akkumulyatorun işləmə müddəti barədə məlumat verən 1.44 düymlük OLED displeylə təchiz edilib. Printer daxili yaddaşda 5-dək istifadəçi profilini yadda saxlaya bilər. Modelin məhsuldarlığı rəngli çap üçün dəqiqədə 5,5 A4 vərəqi, ağ-qara çap üçün isə 9 vərəqə bərabərdir.

"LK-72" akkumulyatoruna malik "Pixma TR150" printeri universal "USB Type-C" konnektoru vasitəsilə 2 saat 20 dəqiqə müddətində tam enerji toplayır. İstehsalçının məlumatına görə, printer avtonom rejimdə 330 vərəq çap edə bilər.

"iOS" və "Android" sistemlərinin idarəetməsi altında işləyən mobil cihazlarla uyğunluq sayəsində printer və mobil cihaz arasında simsiz əlaqə qurmaq üçün bir düyməyə sıxmaq kifayətdir. İstifadəçilər, həmçinin "Canon Print" mobil tətbiqetməsi, "Google Drive" və "Evernote" daxil olmaqla populyar bulud xidmətlərindən sənədləri çap edə bilərlər. "Smartphone Copy" funksiyası vasitəsilə smartfonla şəkillər çəkərək onları dərhal çap etmək mümkündür.

2020-ci ilin aprelində satışa çıxarılması planlaşdırılan "Canon Pixma TR150" printerinin qiyməti sonra elan ediləcək.


Etiketlər:  Canon akkumulyatora malik Pixma mobil printerini təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ